Tanınmış tarixçi alim Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək

0
984

Bütöv Azərbaycan Ocaqları İnformasiya Xidmətinin xəbərinə görə aprel ayının 10-da Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Dilavər Əzimlinin xatirəsinə həsr olunmuş video-konfrans keçiriləcək.

Arazinfo.com-a BAO Mətbuat Xidmətindən verilən xəbərə görə, “Zoom” platforması üzərindən Bakı vaxtı ilə saat 18:00-da baş tutacaq konfrans Bütöv Azərbaycan Ocaqlarının (BAO) 03 mart 2021-ci il tarixində dünyasını dəyişmiş qurucu üzvlərindən biri, tanınmış tarixçi alim, pedaqoq, AMEA Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent, 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuş Dilavər Əzimlinin anım günü ilə bağlı təşkil olunacaq. Konfransın aparıcısı Bütöv Azərbaycan Ocaqları başqanının Türk dünyası iləəlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli olacaq.

Konfransda Azərbaycandan, Türkiyədən və Türkmənelindən (Kərkük) elmi-pedaqoji ictimaiyyətin, gənc nəslin nümayəndələri, ictimai-siyasi xadimlər, tələbələr və b. iştirak edəcəklər.

Konfrans eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının rəsmi facebook səhifəsindən (@baoazerbaycan) canlı olaraq yayımlanacaqdır.

BIR CAVAB BURAXIN