Tanınmış müğənni yenə məhkəmə qarşısına çıxacaq

0
568

 Beş ay əvvəl həbsdən azad ediliən tanınmış müğənni Deniz Seki məhkəməyə müraciət edərək yenidən ittiham olunmasını istəyib.

“Musavat.com”-un xəbərinə görə, bu barədə müğənni özü “HT Magazin” verilişinə açıqlamasında bildirib. O, qeyd edib ki, adı narkotik alverçisi kimi hallanır və günahından arınması üçün əlindən gələni edəcək.

3 il 6 ay həbsdə olan, daha sonra azadlığa çıxan müğənni deyib: “Bəzən  mənə “torbaçı” belə deyirlər. Bunun üçün də yenidən məhkəmə qarşısına çıxmaq, həqiqətən bəraət qazanmaq istəyirəm. İnsanlar sadəcə ittiham edir. İllər keçsə də, etibarımı geri qazanacağam. Bunun üçün əlimdən gələni edəcəyəm. Belə söhbətlər məni incidir. Bu mövzunun tamamən bağlanmasını istəyirəm”.

BIR CAVAB BURAXIN