taliyanın mərkəzində güclü zəlzələ – Ölənlərin sayı artır

0
536

İtaliyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə yerli “Rai News 24” kanalı xəbər yayıb.

Zəlzələ baş verən ərazilərdə dağıntılar altında qalanların meyitlərinin çıxarılması əməliyyatı davam edir. Arkvata-del-Torontoda baş verən 4.9 ballıq afterşokdan sonra daha bir neçə bina dağılıb və bir uşaq ölüb.

* * *

İtaliyanın mərkəzində baş verən zəlzələ zamanı ölənlərin sayı 40-a yaxınlaşır.
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə İtaliya Vətəndaş Müdafiəsi Milli Xidmətinin mətbuat katibi İmmakolata Pastilone keçirdiyi mətbuat konfransında deyib.
Əvvəlcə o, ölənlərin sayının 38 olduğunu deyib. İ. Pastilone bildirib ki, 28 nəfər Akkumoli və Amatriçe şəhərləri arasında, 10 nəfər isə Arkuata-del-Toronto ərazisində ölüb.
Konfransın sonuna yaxın isə ölənlərin sayının artdığını əlavə edib. İ. Pastilone bildirib ki, çoxlu sayda insan hazırda itkin hesab olunur və buna görə də ölənlərin sayı arta bilər. Dövlət rəsmisinin sözlərinə görə, təbii fəlakətin dağlıq ərazidə baş verməsi xilasetmə işlərini çətinləşdirir.

* * *

İtaliyada baş verən zəlzələdə ölənlərin ilkin sayı açıqlanıb.
APA-nın məlumatına görə, yeraltı təkanların törətdiyi dağıntılar nəticəsində ən azı 14 nəfərin öldüyü məlum olub.
Dağıntılar altında qalanların olduğu, xilasetmə əməliyyatlarının davam etdirildiyi bildirilir.

***

İtaliyanın mərkəzi hissəsində yerləşən Amatriçe şəhərində qeydə alınan 6,2 bal zəlzələ nəticəsində ilkin məlumatlara görə 2 nəfər həyatını itirib.
“Report”un məlumatına görə, şəhər meri Sercio Pirotssi televiziya vasitəsi ilə çıxış edərək bildirib ki, şəhər binalarına ciddi ziyan dəyib, dağıntılar altında insanlar ola bilərlər.
“Baxın, bəzi binalar tamamilə dağılıb, biz ümid edirik ki, yardım alacağıq”, – deyə o bildirib.
Merin sözlərinə görə, dağılmış binaların altında qala bilən insanlara çatmaq üçün şəhərə ağır texnika lazımdır.

BIR CAVAB BURAXIN