Taksilər üçün lisenziya tələb olunmur

0
324

İqtisadiyyat Nazirliyi son günlər taksi fəaliyyəti üçün lisenziyanın tələb olunması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən verilən məlumatda deyilir ki, Azərbaycan Respublikası Prezidentinin 21 dekabr, 2015-ci il tarixli “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” fərmanına və “Lisenziyalar və icazələr haqqında” 15 mart, 2016-cı il tarixli qanununa əsasən, taksi fəaliyyəti üçün lisenziya alınması tələbi ləğv olunub.

Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli qərarına görə, taksi fəaliyyətini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödənilməsi ilə bağlı Bakı şəhəri üzrə Bakı Nəqliyyat Agentliyindən, ölkənin digər ərazisində isə Nəqliyyat Nazirliyindən “Fərqlənmə nişanı” almalıdırlar. Mətbuatda yayılan məlumatlar yanlışdır.

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eighteen − sixteen =