Tağıyevin xanımı, ziyalı qadın Sona Tağıyevanın faciəvi sonluğu

0
3858
Dərbəndin məşhur generalı Balakişi Ərəblinskinin qızı, dövrün məşhur milyonçusu Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı və ondan dünyaya gətirdiyi beş övladın anası, Azərbaycan tarixində maarifpərvər bir qadın kimi adını yazmış neçə-neçə təhsil ocağının qurucusu olan Sona xanım Ərəblinskaya  Aleksandrski məktəbinin qurucusu, Qızlar məktəbinin yaranmasında Hənifə Zərdabi ilə birlikdə mübarizə aparan, zəhmət çəkən və öz əri — milyonçu Tağıyevi bu məktəbə pul ayırmağa məcbur edən bir maarifpərvər idi.
Onun atası General-leytenant B. Ərəblinski Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan Azərbaycan oğlu idi. 1896-cı ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə qayıtmış, ömrünün axırına kimi orada yaşamış, imperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsinə başçılıq edib.
Azərbaycan aktyoru və rejissoru, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri Xələfov Hüseyn Məmməd oğlu gənc xanıma vurğun idi. Sona Ərəblinskaya Qafqazın məşhur tragik artisti Hüseyn Xələfova heyranlıq duyur, onun tamaşalarında iştirak edir, ona güllər bağışlayırdı. Sona xanıma olan sevgisi tanınan gənc Hüseyni soyadını Ərəblinski etməyə qədər aparıb çıxarmışdı.
Sona xanımın 17 yaşı olanda ona elçi gələnlər içərisində Hacı Zeynalabdin Tağiyev də var idi.
 
Bu barədə araşdırmaçı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Moderator.az-a açıqlamasında maraqlı faktları səsləndirir:
 “Elçilərdən hansın seçmək barədə anası ilə onun dialoqu belə olub:
-Qızım bunların hansına ərə getmək istəyirsən?”
– “Hacıya getməyə razıyam. “
Sonra anası davam edir.
– “Ay qızım, günah heç kəsdə deyil, özündədir. Sən istədin həmi ərin dövlətli olsun, həmi sənə azadlıq versin, həmi də çox pul versin ki, yaxşı paltarlar geyib cavan oğlanlara xoş gələsən. İndi dustaq kimi otur evdə, heç kəsdən incimə.”
Hacı Zeynalabdin Tağıyevin Sona Ərəblinskayadan olan iki oğul övladı da cavan yaşda vəfat edir. Məhəmməd adlı oğlu intihar edir, İlyas adlı oğlu isə xəstəliyə yoluxub, ölür.
Sona xanım Bakı milyonçu xanımları içində həddən artıq zövqünə görə seçilirdi. Müsəlman xeyriyyə cəmiyyətinin fəal üzvlərindən biri olan Sona xanım maarifçilik işinə böyük diqqət verirdi. Çoxu bilməsə də Hacı Zeynalabidin Tağıyev qazanc əldə etməyəcəyi heç bir işə öz istəyi ilə vəsait ayırmamışdır. Onu bütün mədəni-maarif işlərinə vəsait ayırmağa məcbur edən Sona Ərəblinskaya idi. Qızlar məktəbinin açılması, tələbələrin xaricdə təhsil alması, qəzetlərin nəşr olunması üçün Sona xanımın təkidi ilə Tağıyev vəsait ayırırdı. 1919-cu ildən sonra təkcə Sona xanımın yox, elə Tağıyevin də həyatı qaranlığa qərq olur. Övladları pərən-pərən olan, mal-mülkü istismar olunan Tağıyev 1924-cü ildə Mərdəkandakı bağında dünyasını dəyişir. Onun yas mərasiminin ərzağını isə Bakı kəndlərinin əhalisi təmin edir. Bir müddət tanışlarının hesabına dolanan Sona xanım sonralar dilənməyə başlayır.
Zaur Əliyev Sona xanım haqqında başqa maraqlı məqamları da qeyd edir:
“General qızı, milyonçu xanımı, beş uşaq anası, maarifpərvər ziyalı Sona xanım Tağıyeva 1920-ci ildən 1938-ci ilə qədər Bakının küçələrində dilənərək yaşayır. Deyilənə görə onu tez-tez bolşeviklərin rəsmi orqanları qarşısında görürdülər. Bura gələn Sona xanım onların müsadirə edilən var dövləti içərisində Anasından ona qalan zümrüd qaşlı üzüyü istəyirmiş. Dəfələrlə ona qarşı kobudluq edən bolşeviklər sonda onun başına silahın qundağı ilə ağır zərbə endirir. Bu zərbədən sonra onun ağlında problemlər yaranır. Bundan sonra Bakının küçələrində qara nimdaş geyimdə, saçları dağınıq, divanə kimi gəzir və küçədən keçənlərə əl açaraq dilənirdi. Əlinə pul keçən kimi isə keçmiş zadəgan xanım şirniyyat dükanına gedir və sevdiyi tortdan bir dlim alır və gün ərzində onu yeyirdi. 1938-ci ilin soyuq qış günlərinin birində, Hüseyn Ərəblinskinin yaşadığı məhəllədə onu ovcünda bir parça quru çörək, ölmüş halda tapdılar. Məzar yeri də məlum deyil bu günə qədər….” Moderator.az

BIR CAVAB BURAXIN