Tağıyevin həyatını dəyişdirən sirli öngörü – Axar TV

0
893

Ələkbər Tağıyev 1924-cü il aprelin 28-də Gəncədə anadan olub. İxtisasca hüquqşünas olan Tağıyev, təxminən 36 il prokurorluq orqanlarında çalışıb.

Sənətkarın həyatı olduqca ağır keçib. Oğlu Akifin, daha sonra isə azyaşlı qızının ölümü onu bərk sarsıdır. Bundan sonra anası Münəvvər xanım onu İmamzadə türbəsinə aparır. Orada bir nəfər Ələkbər Tağıyevə deyir ki, sənin bir oğlun da olacaq, adını Xaliq qoyarsan, bu uşaq doğulandan sonra sənə vəhy gələcək, məşhurlaşıb varlanacaqsan. Belə də olur. Oğlu Xaliqin anadan olmasından sonra o, ilk mahnısını –“Qonşu qızı”nı bəstələyir. Tağıyevin ilk mahnılarının çoxunun ifaçısı Zeynəb Xanlarova olub və bu əməkdaşlıq 10 ilə yaxın davam edib. Bundan başqa, o, Nisə Qasımova, Məmmədbağır Bağırzadə kimi ifaçılarla da əməkdaşlıq edib.

Bəstəkarın “Dinə bilmədim”, “Bakı gecələri”, “Azərbaycanım mənim”, “Qəşəngdir”, kimi mahnıları Azərbaycan musiqisində xüsusi yer tutur.

“Sən gəlməz oldun”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var” kimi mahnıları dəfələrlə türk, rus, erməni müğənnilərinin repertuarına daxil olub, mahnı müsabiqələrində ifa edilib.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

BIR CAVAB BURAXIN