Təranə sirlərini açdı: “Elə bilirdim, sonsuzam.. mənə xəyanət edirdi” – VİDEO

0
501

 

Prodüser Təranə Səmədova ARB TV-nin “Gəlin danışaq” verilişində maraqlı açıqlamalar verib.

Arazinfo.com-un Lent.az-a istınadən verdiyi məlumata görə, prodüser aparıcının ona ünvanladığı “Həyatda ən çox kimi incitmisiniz?” sualına cavab verərkən ağlayıb:

 

“Nə qəribə sual idi. İncitdiyim insanın ahını aldım üstümə. Ondan sonra xoşbəxt ola bilmirəm və həmin insanın özü də artıq 2 il yarımdır ki, həbsdədir. Mən o insanı çox incitdim. 3 illik münasibətim oldu həmin insanla. Uzun da sürə bilərdi, həbsdə olmasaydı, bəlkə də indiyədək bir yerdə ola bilərdik. Bu münasibətin baş tutmasını istəməyən insanların “prinsipinə” görə uzandı. Rəqsanə, qızı, ailəsi çox cəhd göstərirdilər ki, münasibət alınmasın. İlk 2 il mən onu dünyalar qədər istəmişəm. 3-cü il isə qardaşı məni o qədər şeylərə peşman edirdi ki… Düz yolun yolçusu deyildi. Haqsızlıqları götürə bilmirdim. Məhz buna görə də uzaqlaşdım. Onlara dedim, siz sevinin ki, arxanızda atanız var. Dedim, get özünə karyera qur və qardaşından uzaqlaş. Onu hədsiz çox incitdim. Onun həyatında dəyər verdiyi 2 qadın var. Biri mən, biri də anası.

Mən ondan halallıq verməsini istərdim. Çox kinli insandır. Münasibətlərimiz kəsiləndən il yarım sonra həbs olundu. Gedib ziyarət etdim. Ömür boyu qarşısından yeməyən insan, məni görən kimi dedi ki, nəyə gəlmisən? Eşitmisən ki, 1-2 aya çıxıram ona görə? Dedim, vicdanım əl vermədi. Dedi, indiyə qədər vicdanın harada idi?”.
O, uğursuz evliliyindən də söz açıb: “Anamla söhbət zamanı bir müğənninin ailəsindən söz düşdü. Dedi ki, onun xanımı da bədbəxtdir, xoşbəxt olmadı. Baxdım, anama dedim ki, mən onun kimi bədbəxt olmağa razı olardım, təki özüm kimi olmayım. Onun durumunu özümə xoşbəxtçilik kimi qəbul edərdim. Çox problem yaşamışam. Ailəm xəyanət üstündə dağılıb. Mən evdə qaldım, o, başqasının yanına getdisə, xəyanətdir. Mən onun evinin xanımıyamsa, xanımı olaraq yüksəkdə qalmağı seçərdim. Bayırda “çapkınlıq” edirsə, yenə göz yummaq olardı. Çünki ailəmin xanımıyam. Əvvəllər daha çılğın idim, belə düşünmürdüm”.
Daha sonra prodüser nikahdankənar dünyaya gətirdiyi övlad haqda danışıb: “Əvvəllər mən elə bilirdim ki, sonsuzam. Onun analizləri məndən sağlam çıxırdı. Düşündüm ki, problem məndədir. Qınaqdan qorxurdum, amma anam məndən daha çox çəkinirdi. 8-9 ay qonşulardan belə gizlətdik. Hətta qonşulardan biri digər qonşuya demişdi ki, yalan deyir, qarnına nəsə qoyub. Həmin zaman telekanalda işləyirdim. Düşündülər ki, reytinq xatirinə edirəm. Tanınmışlardan gəlib əlini toxundurub yoxlayırdılar. Aparıcılardan biri demişdi ki, gözümlə görməsəm, inanmazdım. Bunun harası reytinqdir, əksinə gözükölgəli halımdır”.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × 3 =