Tələbələr küçələrə axışdı: İrəvana ordu yeridilir? – Canlı

0
562

İrəvanda etiraz aksiyalarının 11-ci günü start götürüb.

Mitinq təyin olunduğu (08:15) vaxtdan gec başlayıb. Etirazçılar yenidən küçələri və nəqliyyatı iflic vəziyyətinə salmağa cəhd edirlər.

***

İrəvanda Tibb Universitetinin tələbələri də aksiyalara qoşulublar. Onlar etiraza ağ xalatla çıxıblar.

İrəvanda Dövlət Universitetinin tələbələri isə müxtəlif istiqamətlərdə yolları kəsməyə başlayıblar.

***

İrəvanda tələbələr mərkəzi küçələrlə hərəkət etməyə başlayıb. Bir sıra yollarda avtomobillərin hərəkəti tam dayandırılıb. Polis etirazçıları müşahidə edir.

İrəvandakı etirazların təşkilatçılarından biri olan Tiqran Avinyan haqqında həbs qərarı qəbul edilib. Avinyan kütləvi iğtişaşlarında təşkilində ittiham olunub.

***

Ermənistan Müdafiə naziri Vigen Sərkisyan jurnalistlərə deyib ki, İrəvandakı etirazlarla əlaqədar ölkədə fövqəladə hal elan edilməyəcək.

O, Ermənistandakı qanunların ordunun baş verən hadisələrə hansı vasitələrlə müdaxilə edəcəyini dəqiq müəyyən etdiyini bildirib:

“Bu müdaxilə yalnız fövqəladə hal zamanı mümkündür. Bu zaman orduya konkret vəzifələr verilir”.(axar.az)

BIR CAVAB BURAXIN