Təhsil Nazirliyində “Qara Fərhad” adlandırılan pulyığan kimdir? – ŞİKAYƏT

0
416

Sozcu.az saytına yazan Ağsu rayon məktəblərindən birnin müəllimi təhsil müəssisəsinində baş verən qanun pozuntuları haqqında məlumat verərək aidiyyəti orqanlardan məsələyə diqqət ayırmalarını xahiş edib:

Həmin yazını təqdim edirik:

Respublika Maliyyə Nazirliyindən Ağsu tayon təhsil sahəsini 5 ildən bir ənənəvi yoxlamalar başlayıb və artıq yekunlaşıb. Bu yoxlamanı aparan “Qara Fərhad” deyilən məmur Yenə də hər zaman olduğu kimi məktəblərə şagird kontingetinə,dərs saatlarına uyğun müəyyən “summa”-məbləğ qoyulmuşdur. Budəfəki yoxlamalarda da ölkədə qiymət artımı ilə əlaqədar bu “Summa”-“Məbləğ”də artırılaraq yüksəlibdir.

Əvvəl hər müəllimə dərs yükünə uyğun 50 AZN ətrafında qiymət qoyulmuşdur. Onu da qeyd etmək lazımdır ki, bu “Qara Fərhad” istənilən düz sənədləşmədə səhv tapa bilir.Bu adam qarşısıalınmaz bir qəhrəman “Zorro”dur. Direktorların deyilən məbləği toplamaqdan başqa yolları qalmır.

Maraqlıdır ki, aidiyyəti qurumların bu haqda məlumatı olmasından sonra deyilən”məbləğ” 2 dəfə artmışdır. Mütləqdir ki DTX orqanlarının bu yöndə olan “MALİYYƏ ƏMƏLİYYATINDAN” xəbəri yoxdur?

Hər müəllimdən 100 AZN ətrafında pul yığılması müəllimlərdə narazılıq yaradır. Onsuz da dərs deməyə həvəssiz olan müəllimlər ruhdan düşür və yalandan sənədləşmə aparır,keyfiyyətli dərs demir. Belə davam edərsə müəllimlər qarşıdan gələn prezident seçkilərində fəal iştirak etməyəcəkdir.

Bu hakimiyyət məmurlarının seçki öncəsi “kampaniyası” müəllimlərdə narazılıq yaradır.
Müəllimlərdən alınan rüşvət və artan qiymət müəllimlərə Pedaqoji şuranın iclasında deyil,tək-tək, direktorun “pul yığanı” vasitəsilə izah edilir. Yuxarıdan tapşırıq belə gəlib.
Müəllimlərdən hər ay direktorlar tərəfindən ayda azı 10 AZN və hər ay 1 AZN “zibil” pulu yığılır. Məktəbdə kurikulum siniflərində kamera qoyulmasına da “xidmət haqqı” müəllimlərdən yığılıb.

Bütün bunlar səbrli,sakit,saxtakar,müti müəllimləri artıq bezdirib və onlar da cənab prezidentimizi sevə-sevə İNTİHAR etmək istəyirlər.

Sozcu.az-a yazan müəllim onu da qeyd edib ki, məktəbdə baş verən cürbəcür pul yığımlarından birinin də adı “qəzetpulu”dur.

Yazılanları diqqətdə saxlayıb ciddi araşdıracağıq.

P.S. Qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fifteen + five =