Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi

0
1777

Qardaş Türkiyə dövləti 44 günlük Vətən müharibəsində Azərbaycana necə siyasi və mənəvi dəstək göstərmişdisə, bu gün də quruculuq işlərində, digər bütün məsələlərdə onun yanındadır. Hər iki dövlət başçıları tərəfindən birgə bir sıra müxtəlif obyektlərin   təməli qoyldu, müəssisələrin açılışında iştirak etdilər. Bütün bunlar onu göstərir ki, Azərbaycanla Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən və ona yeni məzmun gətirən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir. Xalqlarımızın və dövlətlərimizin dostluğu və qardaşlığı bizim ən böyük sərvətimiz və güc mənbəyimizdir. Bu, həm Şuşa Bəyannaməsi ilə rəsmiləşmiş müttəfiqliyimizin gündən-günə  möhkəmlənməsinin bariz göstəricisidir, həm də böyük Zəfərimizin beynəlxalq səviyyədə bir daha və qətiyyətli surətdə təsdiqidir.

Zəngilandan dünyaya verilən daha bir mesaj cənab Prezidentin dediyi kimi, biz öz torpaqlarımıza əbədi qayıtmışıq, vandalların viran qoyduğu Qarabağı və Şərqi Zəngəzuru çiçəklənən diyarlara çevirəcəyik nidası ilə səslənib.  Zəngilanın İran və Ermənistanla həmsərhəd olması baxımından bu bölgə və burada inşa edilmiş hava limanı böyük önəm daşıyır. Zəngilanın Zəngəzur dəhlizi üzərində və həmin dəhlizin mühüm hissəsi kimi hazırda inşa edilən Horadiz-Ağbənd dəmir yolunun üstündə yerləşməsi onun strateji əhəmiyyətini daha da artırır. Onun bu strateji dəyəri Zəngilanın məskunlaşmasını Böyük Qayıdış çərçivəsində prioritet istiqamət edib və hazırda Zəngilan Böyük Qayıdışın strateji əhəmiyyətli mərkəzinə çevrilib.

 

Nuray Kərimli  –Zərdab şəhər sakini,  fəal gənc