“ŞUŞA AYAQDADIR, ŞUŞA SINMAYIB, ŞUŞA ƏYİLMƏYİB!”

0
1837

“ŞUŞA AYAQDADIR, ŞUŞA SINMAYIB, ŞUŞA ƏYİLMƏYİB!”

 

Bəli, dünyanın hansı ölkədə yaşamasından asılı olmayaraq bu qurultaya təşrif buyuracaq hər bir azərbaycanlı 30 il arzusunda olduğu Qarabağ yanğısını, Şuşaya gəlməklə bu həsrəti soyutmuş olacaqlar. 8 noyabr, 2020-ci il Şuşanın azad olunduğu və onun ardınca 10 noyabrda son qoyulduğu tarixi günləri xalqımıza yaşadan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Şanlı Azərbaycan Ordusu, rəşadətli əsgər və zabitlərimiz bəxş etdi. Tarixi sənəd imzalandı: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı! Ali Baş Komandanımız yenə də tarixdə ən böyük Qələbəni – Vətən Müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdığı müjdəsini xalqımıza, bütün dünyaya çatdırdı. Bildirdi: “İndi bizim gördüyümüz münaqişənin hərbi-siyasi nizamlanması əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq. Bəli, Bəli, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! VƏSSALAM, NİDA! BAŞQA YOL YOXDUR!!! Bu yol Qələbələr yoludur! Bu yol Haqq yoludur! Bu yol Azərbaycanımızın ərazi bütövlüyü yoludur, ədalət yoludur, həmrəylik yoludur, azadlıq yoludur!”.Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaratmasıdır. Və dövlət başçımız İlham Əliyev 19 illik Prezidentlik fəaliyyətində ancaq və ancaq düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi ilə bağlı yüksək tribunalarda, verdiyi müsahibələrində qətiyyətlə çıxışları, söylədiyi hər söz, hər kəlməsi, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir, həmrəy olmağımızın nəticəsi idi ki, 8 noyabr-10 noyabr tarixi günün sabahı da əvvəlki sabahlardan fərqli oldu. 30 illik həsrətimizə son qoyuldu! Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan siyasi rəhbərliyinə, erməni xalqına müraciət edərək, onları münaqişənin sülh yolu ilə həll olunmasına çağıraraq bildirirdi ki, qan tökülmədən torpaqlarımızdan çıxın. Bizim başqasının torpağında gözümüz yoxdur. Ancaq işğalçı, rəzil, mənəviyyatsız və terrorçu düşmən dövlət Ermənistan bunu anlamadı. Dövlət başçımız dəfələrlə “düz yola gəl” dedi, yenə də qanmadı. Belə olan halda, Ali Baş Komandanımızın dediyi kimi “Çünki düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!”.

 

 

Rasim Hüseynov – Rayon Ağsaqqallar Şurasının sədri

BIR CAVAB BURAXIN