“Suriyadakı savaş Rusiya şəhərlərinə keçə bilər” – Dövlət Departamenti

0
469

“Suriyadakı mövcud vəziyyətdən radikal qüvvələr istifadə edə və Rusiya şəhərləri də hücuma məruz qala bilər”.
“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi gündəlik mətbuat konfransında deyib.
Diplomat qeyd edib ki, Suriyada daxili münaqişə davam edərsə, bu vəziyyətdən bəzi radikal qruplar istifadə edə bilər: “Bu savaş Suriya sərhədini aşaraq, Rusiya şəhərlərinə də keçə bilər”.
Onun sözlərinə görə, Suriyadakı daxili savaşın davam etməsindən Rusiya hərbçiləri də zərər görər: “Rusiya hərbçiləri tabutlarda vətənə dönər, ölkə bu müharibədə daha çox döyüş təyyarəsi itirər”.

BIR CAVAB BURAXIN