ABŞ hərbi instruktorları “Əl-Tanf”hərbi təlim mərkəzində Suriya müxalifəti hesab edilən “Maqhavir” və “Əl-Tavra” qruplarına təlim keçirlər.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Bu barədə Business Insider-in yaydığı məlumatda deyilir.
Nəşrin yazdığına görə, bundan məqsəd İranın Suriyadakı mövcudluğuna və Əsəd rejiminə qarşı mübarizəni daha da genişləndirməkdir.
Məsələyə münasibət bildirən “Stratfor”un hərbi eksperti Omar Lamrani isə yazır: “İran ABŞ-ın nəzarəti altında olan “Əl-Tanf” bazasından ciddi şəkildə qorxur. Çünki bu hərbi baza Barqa-Dəməşq yolunu nəzarəti altında saxlayır”.
Hərbi ekspertin sözlərinə görə, Barqa-Dəməşq yolu ilə İran Suriya rejiminə silah göndərir. Bu yolun nəzarətə götürülməsi İran üçün ağır nəticələrə gətirib çıxaracaq.