Suriyada iki türk hərbçisi ABŞ-a bağlı qruplar tərəfindən qaçırıldı

0
499
 
Türkiyənin keçən il 26 avqustda Suriyanın Cərablus şəhərində başlatdığı “Fərat qalxanı” hərəkatında türk hərbçilərin qaçırılması hadisəsinin baş verməsi ortaya çıxıb.
Arazinfo.com Avropa.info-ya istinadən xəbər verir ki, 71 şəhidin verildiyi hərəkatda 2016-cı ilin 29 noyabr günü Bab-Dane bölgəsində iki türk gizir qaçırıldı. Türk hərbçilərinin tərcüməçisi olan və hadisənin şahidi olan Məhəmməd H.-yə görə adam oğurluğu hadisəsinin arxasında ABŞ Müdafiə Nazirliyinə bağlı briqada var.
Suriyanın şimalında türkmən kəndində doğulub böyüyən Məhəmməd H. yaralanaraq xilas olduğu insidentin əvvəlcədən qurulmuş tələ olduğunu deyib:
“Hadisə günü səhər vaxtı Kıvanç Kısakçı (24 yaş) və Məhəmməd Duran Kəskin (28 yaş) adlı komandirlər mənə zəng edərək müxalifətçi ərəblə görüşəcəklərini və mənim də bu görüşdə tərcüməçilik etməyimin lazım olduğunu dedilər. Sonra məni apardılar. Sonra görüşdükləri şəxsi də götürüb hamımız birlikdə Kifre bölgəsində yerləşən türk hərbi bazasına getdik. Gedərkən ASO qrupundan silahlı şəxslərin olduğu pikap bizi müşayiət etdi. İdlibdən gələn şəxslə mənim tərcüməçiliyim sayəsində hərbi hissədə görüşən çavuş Kaşıkçı və Duran ilə birlikdə saat 13:00 radələrində yenidən getdiyimiz qərargahdan qayıtmaq üçün yola çıxdıq.
Kifreyə gedərkən bizi müşayiət edən və bölgədə xidmət edən ASO briqadasına məxsus əsgərlər geri qayıdarkən bizimlə gəlmədi. Qısa müddət sonra getdik və Dane kəndi ətrafına gəldik. Bir bağ evinin olduğu yerə gəldiyimiz vaxt yanımızdan keçən və iki nəfərin olduğu motosiklet yanımızdan keçər-keçməz atəş açmağa başladı. Hücum edən şəxslər ASO forması geyinmişdilər. O an qarşımızda olan zeytun ağacları arxasından daha iki nəfər çıxaraq bizə atəş açmağa başladı. Onlar da ASO forması geyinmişdilər. Kıvanç komandir “Bizi tanımadılar, bunlar ASO”, deyə bağırdı və maşından düşdü. O an Məhəmməd komandirin vurulduğunu gördüm. Silahlar maşının arxa oturacağında idi. Təkcə avtomatlardan biri Kıvanç komandirin yanında idi. Ancaq fasiləzi şəkildə atəş açdıqları üçün silahlarımızı götürməyə vaxt tapa bilmədik. Üçümüz də qabaq oturacaqlarda oturmuşduq.
Maşından düşərək boş olan bağ evinə girdik. Evin arxa tərəfindəki divarların bir qismi daha əvvəl dağıdılmışdı. Kıvanç komandir “burada bizi sağ qoymazlar, zeytun ağaclarına doğru qaçaq” dedi. Birlikdə evdən çıxaraq zeytun ağaclarına doğru qaçmağa başladıq. Bir neçə dəqiqə sonra komandirimi itirdim. Mən ayağımdan yaralandım, ancaq ən yaxınlıqdakı nəzarət postuna çatmağı bacardım. Atəş kəsilincə türk bazasına zəng edib bizə hücum etdiklərini dedim. Mayor Bülent Albayrak bizə 200 metr uzaqlıqdakı Pentaqon qrupuna xəbər verdi. Ancaq 15 dəqiqə davam edən silah səslərinə baxmayaraq, hadisəyə müdaxilə edilmədi. Hücumdan xəbərdar olan mayor Albayrakın təlimatına baxmayaraq o nöqtədən heç bir hərbi müdaxilə olmadı.
Mən Pentaqona bağlı qrupun nəzarət postuna gələndə ratsiyadan “o tərcüməçi sağ qalmamalı” anonsu verildi və mən bunu eşitdim. Ancaq Bülent Albayrak komandir qrupun liderinə zəng edərək “mən bölgəyə gəlirəm, tərcüməçi mən gələnə qədər kimsə ilə danışmayacaq və kimsə ona toxunmayacaq” deyə qəti təlimat verdiyi üçün mənə qarşı hər hansı müdaxilə etmədilər. Mayor Bülənt hadisə yerinə getdi, ancaq Məhəmməd Duran və Kıvanç komandirlər qaçırılmışdı.
Bizə ilk hücum motosikletdəki terrorçular tərəfindən təşkil olundu. Bu motosikletlər Pentaqona bağlı qrupun nəzarət postuna tərəf gəldilər. Baş verənləri türk komandirlərə bütün detalları ilə danışdım. Bir müddət məni yanlarında saxlayaraq qorudular, sonra isə bütün ASO qruplarına qəti təlimat verildi. Dəqiqələr boyu fasiləsiz davam edən silah səslərinə baxmayaraq heç bir müdaxilə etməyən qrup komandiri dəfələrlə məni tələb etdi, ancaq mən türk zabitlərə “məni onlara göndərməyin” dedim, beləcə həyatda qaldım” deyə tərcüməçi qeyd edib.

BIR CAVAB BURAXIN