Suriyada dinc sakinlərə qarşı kimyəvi silahdan istifadə edilib-VİDEO

0
636

Suriyanın İdlib şəhərinə xlor qazı bombası atılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücumdan sonra çəkilən görüntülər sosial şəbəkədə yayımlanıb.

Hadisənin Rusiya və ya Əsəd rejiminin qırıcıları tərəfindən törədildiyi bildirilib. Məlumatlara görə, hücumun edildiyi bölgə müxaliflərin nəzarətindədir və burada dinc sakinlər yaşayır.

Hadisə zamanı xeyli insan həlak olub.

Qeyd edək ki, yanvar ayında bu cür hücumlar zamanı 211 dinc sakin həyatını itirib.

Həmin görüntüləri təqdim edirik:

BIR CAVAB BURAXIN