Suriya üzrə beynəlxalq konfrans Astanada keçiriləcək

0
263

Suriya münaqişəsi üzrə növbəti beynəlxalq konfras noybarın 28-29-da Astanada keçiriləcək.

Arazinfo.com-un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Qazaxıstan Xarici İşlər naziri Kayrat  Abdrahmanov verib: “Astana prosesi ölkələri olan Türkiyə, Rusiya və İran noyabrın 28-29-da Astanada bir araya gəlmək barədə razılıq əldə ediblər”.

Onun sözlərinə görə, danışıqlar ənənəvi formada davam etdiriləcək və onda Suriya hökumət rəsmiləri və Suriya muxalifəti nümayəndələri də iştirak edəcəklər.

Xatırladaq ki, Suriya problemi üzrə danışıqlar Türkiyə, Rusiya və İranın iştirakı ilə bu ilin iyul ayının 30-31-də Soçidə keçirilmişdi.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eight + sixteen =