Sumqayıtda oğru ev sahibi tərəfindən yaxalandı

0
491
 

Sumqayıtda oğru mənzli qarət edərkən yaxalanıb.

Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, noyabrın 3-də Sumqayıt şəhərində yaşayan Zəfər Əliyevin mənzilinə açar seçməklə qarət məqsədi ilə girən naməlum şəxs onunla rastlaşdığından gözyaşardıçı qaz balonu tətbiq edərək götürdüyü qızıl əşyalarını aparmağa cəhd göstərib. Bu zaman səs-küyə gələn qonşunun köməyi ilə həmin şəxs saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.

1-ci Polis Bölməsində aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Zərbəliyev olması müəyyən edilib.

Araşdırma davam etdirilir.

BIR CAVAB BURAXIN