Strasburq qatili zərərsizləşdirilib

0
472

Strasburqda milad bazarında 4 nəfərin ölümünə 13 nəfərin isə yaralanmasına səbəb olan Şerif Şekat polis tərəfindən öldürülüb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Şekat gizləndiyi yeri tərk edən zaman polis tərəfindən saxlanılıb. Bu zaman o atəş açmağa başlayıb. Polis isə cavab atəşi ilə onu məhv edib.

Fransanın daxili işlər naziri Kristof Kastaner məlumatı təsdiq edib.O deyib ki, Şerif Şekat gizləndiyi yeri tərk etmək istəyərkən polis onu saxlamaq istəyib. Lakin o əmrə tabe olmayaraq silaha əl atıb. Nəticədə sərrast atəşlə yerindəcə məhv edilib. BFM TV telekanalının yaydığı məlumatda isə Şekatın İŞİD üzvü olduğu iddia edilib.