Stanislav Çerçesov “Spartak”a baş məşqçi gətirilir?

0
535

Moskvanın “Spartak” komandasının baş məşqçisi Massimo Karrera istefaya göndərildikdən sonra klub rəhbərliyi tərəfindən onun yerinə yeni namizəd axtarılır.

Mediainfo.az-ın Football.kuliçki-yə istinadən verdiyi məlumata görə, paytaxt klubunun yeni baş məşqçisi postuna əsas namizəd kimi Rusiya yığmasının başında dayanan Stanislav Çerçesovun adı çəkilir.  Onun qış fasiləsi zamanı Rusiya yığması ilə bərabər “Spartak”ı da çalışdıracağı gözlənilir. RT-nin məlumatına görə, qış fasiləsi dövrünə kimi komandaya Karreranın köməkçisi Raul Rianço rəhbərlik edəcək.

Ancaq tanınmış futbol ekspertlərinin əksəriyyəti Çerçesovun yığma ilə yanaşı “Spartak”ı da çalışdırmasının dekabr ayında Rusiya Futbol Federasiyasına keçiriləcək prezident seçkilərinin nəticələrindən asılı olacağını qeyd edirlər.

BIR CAVAB BURAXIN