Şri-Lankada terror aktlarını İmsat Əhməd və İlham Əhməd İbrahim qardaşları həyata keçiriblər?

0
302

Şri-Lankada kilsələrdə və mehmanxanalarda partlayışlar törədən kamikadzelər Asiya ölkəsininədviyyatlarının ən böyük ixracatçısı olan Ishana Exports şirkətinin banisinin oğullarıdırlar. Bu barədəmənbələrə istinadən CNN bildirib.

Qeyd edilir ki, hücumları xüsusi halda İmsat Əhməd İbrahim  İlham Əhməd İbrahim həyatakeçiriblər. Onlar “Ishana Exports” şirkətinin banisi Məhəmməd İbrahimin oğullarıdır. Telekanal əlavəedib ki, şirkət Şri Lankadan ədviyyatları ixrac edən Kolombonun ən böyük müəssisəsidir.

Bu arada məlum olub ki, Şri Lankada 359 nəfərin ölümü ilə nəticələnən terror aktları işi üzrə şübhəlişəxs kimi saxlanılanların sayı artıb. Bu barədə Ada Derana portalı məlumat yayıb. Məlumata görə, terror aktlarının törədilməsində şübhəli bilinənlərin sayı 76 nəfərə çatıb. Daha əvvəl 60 nəfərin saxlanıldığı bildirilirdi.

Aprelin 21-də Şri-Lankada ölkə tarixində ən böyük silsilə terror aktları törədilib. Kolombo, Neqombo və Battikaloa şəhərlərində səkkiz partlayış baş verib. Hadisə zamanı ümumilikdə 359 nəfər həlak olub. Hücumları Şri Lanka vətəndaşları olan kamikadzelər  təşkil edib.

21 aprel tarixində baş verən terror aktları ilə bağlı araşdırmalar davam etdiyi vaxtda ötən gün səhər Şri –Lankda daha bir partlayış həyata keçirilib. Belə ki, dünən səhər saatlarında Şri-Lankanın paytaxtı Kolombonun 40 kilometrliyində Puqoda rayonunda partlayış baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, ərazi nəzarətə götürülüb.

Axtarışlar çərçivəsində Şri-Lankanın Balanqoda şəhərində polis 26 yaşlı gənci şübhəli şəxs qismində saxlayıb.

Saxlanılan şəxsdən ölkə parlamentinə aparan yolun xəritəsi, parlament binasına 6 ədəd buraxılış vəsiqəsi aşkar edilərək götürülüb.

Həmçinin şübhəlinin evində planşet, 3 mobil telefon, 13 telefon kartı, bir neçə kredit kartı da tapılıb.