Şoyqu Mahaçqala limanını alır, donanma yerləşdirməyə hazırlaşır

0
470
 

Rusiya Müdafiə Nazirliyi Mahaçqala dəniz ticarət limanının ərazisinin əhəmiyyətli hissəsini almağa hazırlaşır.

Müdafiə naziri Sergey Şoyqu artıq bu barədə hökumətə müraciət edib. Bildirilir ki, Müdafiə Nazirliyi Mahaçqala limanının ərazisində hərbi donanma yerləşdirməyə hazırlaşır. Hökumətdə bu məsələdə Sergey Şoyqunun xeyrinə lobbiçilik imkanlarının kifayət qədər güclü olduğunu nəzərə alaraq demək olar ki, özəlləşdirilməyə çıxarılan limanın əhəmiyyətli hissəsi MN-nin balansına veriləcək.

Mahaçqala dəniz ticarət limanı ətrafında söz-söhbətlər, qalmaqallar xeyli müddətdir davam edir. Bu liman formal olaraq federal mülkiyyətdə olsa da əslində onu dağıstanlı klanlar ələ keçirib. Mahaçqala limanından nəql edilən neftin bir hissəsi stabil olaraq oğurlanır və qeyri-leqal neftayırma zavodlarına ötürülür.

Mahaçqala limanı üzərindən Türkmənistan, Qazaxıstan və Azərbaycan neftinin bir qismi, o cümlədən “Lukoil”un Xəzərdəki yataqlardan hasil etdiyi nəql olunur. Neft tankerlərlə limana daşınır, orada “Daqnefteprodukt” şirkətinin rezervuarlarına doldurulur və daha sonra “Transneft” şirkətinin kəmərlər sisteminə vurulur. Lakin son illərdə oğurluğa görə şirkətlər Mahaçqala limanı üzərindən neft nəqlindən imtina edirlər.

Federal hökumət limanı ötən il özəlləşdirməyə hazırlaşırdı. Əsas iddiaçılar isə dağıstanlı milyarder Süleyman Kərimov, habelə Telman İsmayılovun da paya malik olduğu türk şirkəti “Yılport Holding” hesab olunurdu. Lakin bu günlərdə limanı almağa əsas namizədin İran olduğu açıqlandı. Dağıstan rəhbəri Ramazan Abdulatipov bildirib ki, limanın səhmlərini almaq uğrunda Çin, Türkiyə, Azərbaycan və Vyetnamdan olan investorlar da mübarizə aparır.

Rusiya Müdafiə Nazirliyinin Mahaçqala limanının əhəmiyyətli hissəsini almağa maraq göstərməsi bu ölkənin Xəzər donanmasını daha da gücləndirmək planlarından xəbər verir. Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər donanmasının əsas bazası Həştərxandadır. Donanmanın tərkibində bir neçə briqada və gəmi diviziyonları, aviasiya, sahil mühafizə qüvvələri var.Donanmanın hava yastıqlı artilleriya katerləri briqadasının isə Mahaçqala və Kaspiysk sahillərində bazaları var. Rusiya Xəzər donanmasını durmadan yeniləyir və onu ən yeni gəmilərlə, silahlarla təchiz edir. Ötən ilə olan məlumata görə donanmanın 85 faizi yenilənib.

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × 5 =