Sovet xokkeyinin əfsanəsi özünü öldürdü

0
468

Buzüstü xokkey üzrə SSRİ milli komandasının əfsanəvi müdafiəçisi Yuri Şatalovun ölümü ilə bağlı təfərrüatlar məlum olub.

Axar.az xəbər verir ki, “Maş” Teleqram kanalı əfsanəvi idmançının intihar etdiyini açıqlayıb.

Şatalovun uzun müddət davam edən xroniki xəstəliyinin son nəticəsi olaraq əfsanəvi xokkeyçinin ayaqları tutulub. Dostlarının sözlərinə görə, məhz həmin andan etibarən Şatalovun həyatının bir anlamı qalmayıb. İntihar etməzdən əvvəl idmançının heç bir qeyd qoymadığı bildirilib.

Qeyd edək ki, 72 yaşlı sabiq hokkeyçi 1974-cü ildə Kanada ilə baş tutan məşhur superseriyanın iştirakçısı olub. O, həmçinin Avropa çempionu adına da sahib olub. Şatalov SSRİ yığmasının heyətində 441 oyun keçirib və 32 qol vurub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 × 4 =