Sovet və Rusiya diplomatlarının kütləvi qovulma tarixi

0
419

Ötən gün Avropa Birliyi və onunla müttəfiq olan ölkələr Böyük Britaniyada keçmiş kəşfiyyatçı Sergey Skripalın zəhərlənməsinə cavab addımı kimi 139 rusiyalı diplomatı ölkədən xaric edib. 24 ölkənin paralel atdığı bu addım tarixdə ən kütləvi diplomat qovulması hadisəsi sayıla bilər.

Qeyd etmək lazımdır ki, diplomatların ölkədən qovulması praktikası 1961-ci ildə qəbul olunmuş Vyana Konvensiyasına uyğun həyata keçirilir.

 

Ölkə ərazisində xarici diplomatın arzuolunmaz şəxs elan olunması 2 səbəbə görə – diplomatik toxunulmazlıq altında casus kimi fəaliyyət göstərməsi yaxud fəaliyyətdə olduğu ölkə ərazisində cinayət törətdiyi zaman baş verir. Yerli hökumət tərəfindən “arzuolunmaz şəxs” elan olunduqdan sonra həmin diplomat ölkə ərazisini dərhal tərk etməlidir. Müəyyən olunmuş müddətdə əgər bu baş verməzsə, diplomatik toxunulmazlıq aradan qalxır və həmin diplomat yerli polis tərəfindən həbs olunur.

Rusiya diplomatlarının qovulması ilə bağlı ən kəskin addımı ABŞ atıb. Belə ki, bu ölkəni 60 rusiyalı diplomat tərk edəcək, paralel olaraq, Sietl şəhərindəki konsulluq da bağlanacaq. Xatırladaq ki, ötən San-Fransisko şəhərindəki Rusiya səfirliyi də bağlanmışdı.

 

Almaniya, Fransa, Polşa, Kanada hərəyə 4, Çexiya və Litva 3, İspaniya, Hollandiya, Danimarka, İtaliya, Albaniya və Avstraliya 2, Xorvatiya, Finlandiya, İsveç, Estoniya, Latviya, Macarıstan, Rumıniya və Norveç isə hərəyə 1 diplomatı ölkə ərazisindən qovub.

Paralel olaraq, Ukrayna prezidenti Pyotr Poroşenko da Londonla həmrəylik əlaməti olaraq, 13 rusiyalı diplomatın ölkə ərazisini tərk etməsi ilə bağlı göstəriş verib.

Avropa Birliyi Şurasının sədri Donald Tusk isə yaxın perpsektivdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunması barədə müzakirələrin də aparılacağını deyib.

 

Buna qədər Sovet İttifaqı və Rusiya tarixində diplomatların ölkədən çıxarılması ilə nəticələnən ən kütləvi aksiya 1971-ci ilin sentyabrında baş vermişdi. Həmin vaxt Londondakı Sovet ticarət nümayəndəliyində çalışan gizli sovet agenti Oleq Lyapin ingilislərin tərəfində keçərək casusların tam siyahsını vermişdi. Həmin caxt 105 sovet diplomatı casus damğası ilə Dumanlı Albionu tərk etməli olmuşdu. Cavab addımı olaraq, SSRİ 18 Böyük Britaniya vətəndaşını ölkədən çıxarmışdı.

 

1983-cü ilin martında isə KQB-nin əməkdaşı Vladimir Vetrov Fransa kəşfiyyatı tərəfindən ələ alındıqdan sonra Avropada fəaliyyət göstərən 250 gizli agenti ifşa etmişdi. Rəsmi Parisin cavabı 47 sovet diplomatının ölkədən çıxarılması olub.

 

“KQB”nin daha bir yüksək rütbəli zabiti Oleq Qordiyevskinin 1985-ci ilin sentyabrında Böyük Britaniyaya verdiyi siyahı əsasında diplomat və jurnalist adı altında fəaliyyət göstərən 31 “DTK”ç bu ölkəni tərk etməli olur.

 

1986-cı il oktyabrın 21-də isə ABŞ 50 sovet diplomatını “arzuolunmaz şəxs” elan edib. Paytaxt Vaşinqton və San-Fransiskodakı konsulluqdan qovulan bu şəxslər Moksvanın 30 amerikalı diplomatı qovmasına cavab idi.Olke.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

14 + eleven =