Sosial evlər kimlərə güzəştlə satılacaq?

0
525

11

Azərbaycanda yeni inşa edilən sosial evlərin satışı ilə bağlı bəzi qaydalar müəyyənləşib.

Qaydalara əsasən, polis, müəllim və hərbçilər bazar qiymətindən aşağı qiymətə mənzil sahibi ola biləcəklər. Amma bu mənzilləri almaq üçün də ilkin ödəniş edilməlidir.

Bundan başqa, elmi adı olan şəxslər, dövlət qulluqçuları, daxili işlər orqanlarında 3 il xidmət keçib xüsusi rütbə alan gənc ailələr də güzəştli şərtlərlə mənzil əldə edə biləcəklər.

Gənc ailə dedikdə isə yaşı 35-dək olanlar nəzərdə tutulur. Bundan başqa, bazar qiymətindən ucuz olacaq sosial evləri digər bütün vətəndaşlar da nəğd pul, ipoteka və digər kreditlər hesabına əldə edəcəklər.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, mənzillərin qiymətləri və qaydalar üzərində iş davam etdirilir və gəlcəkdə qaydalarda dəyişikliklər ola bilər. Belə mənzilləri almaq üçün müraciət yalnız elektron formada olacaq ki, bunun üçün də güzəştli mənzil portalı yaradılır. Həmin portal hazır olduqdan sonra dəqiq qaydalar da qüvvəyə minəcək.

 

BIR CAVAB BURAXIN