ŞOK – Yeni İRQİN nümayəndəsi aşkar edildi

0
537

Çinin cənubunda yerləşən Daxua şəhərciyində möcüzəli bir uşaq yaşayır.

 

Publika.az xarici mediaya istinadən xəbər verir ki, uşaq tamamilə yeni insan irqinin ilk nümayəndəsi ola bilər.

 

Nonq Yusui adında oğlan mavi gözlərə malikdir. Gənc çinlinin gözləri neon çalara malikdir və pişikdə olduğu kimi işıqlanır.

 

Ancaq bu, gənc Nonqun təəccüb doğuran tək xüsusiyyəti deyil. Uşaq qaranlıqda da yaxşı görür. Bizim əksəriyyətimizin gündüz gördüyündən daha yaxşı. Yusui öz sirrini əvvəlcə valideynləri, daha sonra məktəb müəllimi ilə bölüşüb. Pedaqoq fenomen haqqında həmyerlilərinə danışmağa qərar verib və internetdə oğlanın qabiliyyətləri barədə yazıb.

 

Bir müddət sonra şübhələri olan Pekin jurnalisti həkimlərin köməyi ilə informasiyanı yoxlamağa qərar verib. Nonq ona qaranlıq yerdə verdiyi hər şeyi oxuyub. Həkimlər çinlinin vizual orqanlarına diqqətlə baxıb və nəticəyə gəliblər ki, oğlanın gözləri həqiqətən qeyri-adi quruluşa malikdir. Güman edilir ki, oğlanın gözlərində tapetum, yəni qaranlıqda görməyə imkan verən xüsusi qat var. Bu, pişiklər, itlər, yenotlar, hörümçəklər və başqa varlıqların gözlərində olur. Tapetumun sayəsində heyvanlar qaranlıqda hətta ən əhəmiyyətsiz şüanı belə tutmağa qadirdir və praktik olaraq işıqsız əla görürlər.

 

Yusuinin hələlik bu cür qabiliyyətə malik ilk insan olması istisna edilmir. Nonq dünyaya gələn zaman valideynləri ilk saniyələrdən körpənin gözlərinin inanılmaz rənginə diqqət ediblər. Doğum evinin əməkdaşları, ata və ana təəccüblənsələr də hesab ediblər ki, oğlanın gözləri daha sonra bütün çinlilərdə olduğu kimi qara olacaq. Bununla belə, illər keçsə də uşağın gözləri valehedici neon-mavi rəngi saxlayıb.

 

Göründüyü kimi, bu artıq həmişəlik belə olacaq. Diqqətəlayiqdir ki, Yusui parlaq günəş işığını sevmir və vaxtını alaqaranlıqda keçirməyə üstünlük verir. Məsələn, axşamlar gəzmək və sönük gecə lampasının olduğu otaqda oxumaq istəyir.

 

Çinlilərin çoxu əmindirlər ki, təsadüfi mutasiya haqqında deyil, təkamülün məhsulundan söhbət gedir. Düşünürlər ki, gələcəkdə Yusui kimi daha çox insan dünyaya gələ bilər.

 

BIR CAVAB BURAXIN