SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir

0
812

SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir.

‌Növbəti həftə (24-26.10.2022 və 28.10.2022 tarixləri) daha 4 rayonda Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Qanunla.Az xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Qazax rayonunda (Mərkəzi Xəstəxananın yanı), 2-ci günü saat 15:00-dan 16:00-dək Tovuz rayonunda (Qovlar şəhəri, Gənclər Evi), 3-cü günü saat 11:00-dan 12:00-dək Şəmkir rayonunda (Heydər Əliyev Mərkəzi) , 5-ci günü saat 11:00-dan 12:00-dək isə Ağstafa rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.