Sobçak da Rusiyanı idarə etmək istəyir

0
517

Rusiyalı teleaparıcı Kseniya Sobçak ölkədə 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində iştirak edəcək.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 35 yaşlı aparıcı bu barədə “Vedomosti” qəzetinə ünvanladığı videobəyanatda bildirib.

Bütün ömrü boyu Rusiyada yaşayıb fəaliyyət göstərdiyini qeyd edən Sobçak namizədliyinin müxalifət və ümumiyyətlə, bütün cəmiyyət üçün faydalı ola biləcəyini söyləyib.

BIR CAVAB BURAXIN