Siz Azərbaycanı kor qoydunuz – Millət vəkili

0
480
????????????????????????????????????


 

Azərbaycan əhalisi Urmiya gölünün qurumasına laqeyd yanaşanları əfv etməyəcək.

Axar.az xəbər verir ki, bunu İran parlamentində hökumətin və Prezident Həsən Ruhaninin fəaliyyətini tənqid edən azərbaycanlı millət vəkili Məhəmməd Həsənnejad söyləyib. O, azərbaycanlıların artıq hakimiyyətə qarşı səbrinin tükəndiyini bildirib:

“Şübhəsiz ki, ölkənin şimal-qərb əhalisi üçün heç bir məsələ Urmiya gölü qədər əhəmiyyət daşımır. Başqa sözlə desək, Urmiya gölü Azərbaycan əhalisinin qırmızı xəttidir. Cənab prezident, artıq göl qurudu, Azərbaycanın gözü kor oldu. Sizin canlandırma işləriniz də işə yaramadı. Əgər Allahın mərhəməti ilə bu qədər yağışlar olmasaydı, artıq Urmiya gölü yox idi. Azərbaycan əhalisi bu məsələyə laqeyd yanaşanları əfv etməyəcək.

Azərbaycan əhalisinin daha bir qırmızı xətti Azərbaycan türkcəsinin məktəblərdə tədris olunmamasıdır. Bu, artıq sosial tələbatdır. Seçkiqabağı təbliğat-təşviqat dönəmində türk dilinin məktəblərdə tədris olunacağı ilə bağlı söz verdiniz. Əhali dedi ki, bu məsələ Konstitusiyada qeyd olunub və biz də onun icrasını tələb edirik. Siz isə dediniz ki, məktəblərdə türk dilinin tədris olunması ilə yanaşı, ustad Şəhriyarın dediyi kimi, “Türkün dili tək sevgili istəkli dil olmaz, Özgə dilə qatsan, bu əsil dil əsil olmaz” misraları gərəyincə ayrıca Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evi yaradılacaq. Ancaq vədlər yerinə yetirilmədi. Əhali sizdən gileylidir, indi buna cavabınız nədir?”

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

16 − 3 =