Sintzo Abe: Cənubi Kuril adaları Yaponiyanın əzəli torpaqlarıdır

0
289

Yaponiyanın Baş naziri Sintzo Abe Rusiyanı qıcıqlandıran və eyni zamanda ölkəsinin mövqeyini sərt şəkildə ortaya qoyan açıqlama ilə çıxış edib.

Arazinfo.com-un rambler.ru-ya istinadən verdiyi xəbərə görə, Abe Cənubi Kuril adalarının Yaponiya ərazisi olduğuna heç kimin şübhə etməməsini bildirib: “Şimal əraziləri bizim əzəli, qədim ərazilərimizdir. Yaponiyanın bu məsələdə mövqeyi qəti və dəyişməzdir”.

O deyib ki, Rusiya ilə sülh müqaviləsi də yalnız Cənubi Kurl adalarının əzəli sahibi olan Yaponiyaya qaytarılmasından sonra bağlana bilər.