Sibirdə dəhşətli soyuqlar başlayıb: 50 dərəcə şaxta

0
305

Sibirin mərkəzi əyalətlərində, Krasnoyarsk, İrkutsk, Kemerovo və Tomskda dəhşətli şaxtalar başlayıb.

Arazinfo.com-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Rusiya Fövqalədə Hallar Nazirliyi əhaliyə müraciət edərk onları ehtiyac olmadığı halda evdən çıxmamağa çağırıb. Əhaliyə tövsiyə edilib ki, donvurmaya yol verməmək məqsədi ilə nəm paltar və ayaqqabılardan istifadə etməsinlər, daha çox yun geyimlərdən, o cümlədən yun corablar və yun şərflərdən istifadəyə üstünlük versinlər.  Eyni zamanda 50 dərəcə şaxtada əhalini istiliklə, elektrik enerjisinin verilməsi ilə  təmin etmək üçün Rusiya Fövqəladə Hallar Nazirliyi müvafiq qurumlara xüsusi tapşırıqlar verib. FHN-nin yerlərdəki  qurumları hər ehtimala qarşı yüksək hazırlıq vəziyyətinə gətirilib.