“Shacman” Bakı-Qazax yolunda dəhşətli qəza törətdi

0
519

Bakı-Qazax yolunda dəhşətli qəza baş verib.

Baku.ws xəbər verir ki, Bakı-Qazax yolunun 58-ci kilometrliyində 10 JU 326 dövlət nişanı olan minik avtomobili “Shacman” yük maşını ilə toqquşub.

Məlumata görə, minik avtomobili Bakıya gəlirmiş.

İlkin məlumata görə, ciddi xəsarət alanlar var. Minik avtomobilində iki nəfər olub. Sürücü və sərnişin ağır vəziyyətdədir.

BIR CAVAB BURAXIN