“Sevgilim ol, sənə “Porşe”, ev alım” – Qoca oliqarxdan Zarinaya təklif

0
896

“Sevgilim ol, sənə “Porşe”, ev alım”

“4 il əvvəl “Xəzər” Televiziyasında “İkinci sənət” verilişinin aparıcısı idim. Bir oliqarxın xoşuna gəlmişdim. Xəbər göndərdi. Sonra kanalın qabağında qarşımı kəsib, dedi: “ya mənim sevgilim olacaqsan, ya da səni kanaldan uzaqlaşdıracam”. Dedim ki, nəvən yaşındayam e. Qayıtdı ki, “Porşe”, “Torqovı”da ev alacam”.

“Qafqazinfo”nun Yenicag.az-a istinadən xəbərinə görə, bu sözləri azərbaycanlı gənc aktrisa Zarina Qurbanova deyib.

Zarina deyib  ki, ona yaxınlaşan  şəxsin yaxşı 70-dən çox imiş. “Maşınla yolumu kəsirdi… Mən yaxşı bilirəm ki, bu gün müğənnilər, aktrisalar hansı yolla pul qazanır. Mənə də belə təkliflər çox olub, qəbul etməmişəm”.

Aktrisanın sözlərinə görə, məmurlar onu görən kimi yadlarına keçmiş sevgiləri düşür: “Deyirlər, sən bizim ilk sevgilimizə bənzəyirsən. Deyirlər, badamı gözlərin bizi öldürür. Hamısı da eyni cür “padxod” edir. Hətta bir məmur qabağımda ağladı ki, nakam sevgimə oxşayırsan. Onlara yazığım gəlir”.

Zarina onu da əlavə edib ki, daha cavan məmurlar ona yaxınlaşmaqdan çəkinirlər: “Onlar mənə yaxınlaşmır, bilirlər ki, yıxıb-sürüyəcəm. Qocalara yazığım gəlir. Çünki ünsiyyət acısıdırlar, onlarla heç kim səmimi deyil. Hamı onlarla puluna görə mehribandır”.

BIR CAVAB BURAXIN