Seul Pxenyanla əməkdaşlıq üçün 980 milyon dollar ayıracaq

0
290

Gələn il dövlət büdcəsindən Seul Pxenyanla əməkdaşlıq üçün 1,1 trilyon von (980 milyon dollar) ayıracaq.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Koreya Maliyyə nazirliyinin yaydığı press-relizdə deyilir. Bu məbləğ ötən ildəkindən 15 faiz çoxdur. Seulun Pxenyanla əməkdaşlıq çərçivəsində ayırdığı bu vəsait iki ölkə arasında əldə edilən bəzi anlaşmaların reallaşdırılmasına, şimaldan cənuba-Cənubu Koreayaya qeyri-qanunu miqrant axını probleminin həll edilməsinə sərf ediləcək. Bundan əlavə gələn il iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün çoxsaylı rəsmi və qeyri-rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulub.