Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür

0
1620

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.

Prezidentimiz cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Həmin gün Zərdab Rayon İcra Hakimiyyətinin başçısı, rayonun millət vəkili və digər səlahiyyətli nümayəndələri, vətən müharibəsi iştirakçıları, qazilər və digər minlərlə yerli insanlar şəhidlərin məzarlarını ziyarət etdilər, ailələrinə və qazilərə hər zaman yanlarında olduqlarını bildirdilər. Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir.

Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini əziz tutur, onları daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur. Allah şəhidlərimizə rəhmət eləsin!

 

Zərdab rayon Allahqulubağı kənd ibtidai məktəbinin müdiri- Nuranə Eminova.