Sensasiya: Putini hakimiyyətə Mİ-6 gətirib?

0
450

Böyük Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin keçmiş rəhbəri Riçar Dirlav bildirib ki, Putinə hakimiyyətə gəlməkdə dəstək verdiklərinə görə çox təəssüf edirlər.

Məsələ ilə bağlı The Time qəzetinə açıqlamasında Dirlav deyib ki,  Putinin hakimiyyətə gəlməsində və möhkəmlənməsində Mİ-6-nın böyük xidmətləri olub: “2000-ci ildə mənə Rusiya Təhlükəsizlik Xidmətinin zabiti  müraciət edərək Böyük Britaniyanın Baş naziri Toni Bleyerin Sank-Peterburqda təşkil ediləcək “Müharibə və sülh”operasının təqdimatında iştirak etmək üçün Putinin dəvətini çatdırdı. O vaxt Bleyerin Putinin dəvətini qəbul edib-etməməsi barədə uzun müddət müzakirələr getdi. Sonda Bleyerin bu dəvəti qəbul etməsini məqsədəuyğun hesab etdik. Bleyer Sankt-Peterburqa getdi və orada Putinlə görüşdü”.

Riçard Dirlav  bununla da Putinin hakimiyyətdə qalmasına və onun  simasında Qərbdə müsbət siyasi lider  rolunu formalaşdırmağa yardım etdiklərini  bildirib. Dirlav o vaxt Putinin hakimiyyətə gəlməsinə və möhkəmlənməsinə dəstək verməklə Mİ-6-nın ən böyük səhvlərindən birini etdiyini vurğulayıb.

Qeyd edək ki, Rusyanın Gürcüstan və Ukraynanın ərazilərinin bir hissəsini işğal etməsindən, həmçinin 2006-cı ildə Aleksandr Litvinenkonun, 2018-ci ildə isə Skripalların  Rusiya kəşfiyyatçıları tərəfindən zəhərlənməsindən  sonra Londonla Moskva arasında münasibətlər pisləşib.

 

 

 

 

BIR CAVAB BURAXIN