Senat Rusiyanın Kerçdəki hərəkətlərini pisləyən qətnamə qəbul edib

0
296

ABŞ Senatı Rusiyanın Kerçdə  3 Ukrayna gəmisini tutmasını kəskin şəkildə pisləyən qətnamə qəbul edib.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə “Hill” nəşrinin yaydığı məlumatda deyilir. Qətnamədə Rusiyanın Ukraynanın  gəmilərinə qarşı hücumu sərt şəkildə pislənilir və gələcəkdə bölgədə baş verən hadisələrə görə bütün günahın  Mokvanın üzərinə düşəcəyi vurğulanır.

Onu da deyək ki, qətnamənin müzakirəsində çıxış edənlərin hamısı Rusiyanın təcavüzkarlıq hərəkətlərini pisləyiblər və sənəd yekdilliklə qəbul edilib. Qətnamədə Rusiyanın Azovda Ukraynaya qarşı təcavüzkarlıq hərəkətlərinin bölgədəki sabitliyi pozduğu, gərginliyi daha da artırdığı bildirilir. Senat bütün bunları nəzərə alaraq dünya birliyini  Rusyanın təcavüzkarlıq hərəkətlərinin qarşısını almağa çağırır.

Qətnaməyə münasibət bildirən senator Kris Merfi deyib ki, bu sənədi qəbul etməklə   senat prezident Putinə bir daha siqnal göndərdi ki, Rusiyanın Azov dənizində Ukraynaya qarşı təcavüzkarlıq hərəkətlərinə ABŞ daha dözməyəcək: “Biz Rusiyanın birtərəfli qaydada beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasını və ona özü bildiyi kimi dəyişiklik etməsini pisləyirik”.

Digər senator Ron Conson da bildirib ki, bu qətnaməni qəbul etməklə ABŞ bir daha sübut etdi ki, Ukraynanı dəstəkləyir.

Əziz Mustafa