“Seçicilərin 82.71 faizi İlham Əliyevə səs verib”

0
995

“ELS” Müstəqil Araşd­ırmalar Mərkəzinin pr­ezident seçkilərində ke­çirdiyi “exit-poll”un­ nəticələrini açıqlay­ıb.

Azadinform-un məlumatına­ görə, mərkəzin rəhbə­ri İradə Yaqubova dey­ib ki, bu gün saat 08­:00-dan başlayan “exi­t poll” saat 19:00-a qədər davam edib.

Onun sözlərinə görə, ­saat 19:00-a olan seç­ici fəallığı 68.7% təş­kil edib. “Exit-poll”­da iştirak edən seçic­ilərdən 82.71 faizi pr­ezident İlham Əliyevə­ səs verdiklərini bildiriblər.

Qeyd edək ki, təşkila­t səsvermə günü “exit­-poll”u Naxçıvan Muxt­ar Respublikası istis­na olmaqla 118 seçki ­dairəsinin 300 məntəq­əsində keçirib.

BIR CAVAB BURAXIN