Savçenko əlində Ukrayna və Krım-Tatar bayrağı ilə Ali Radada çıxış etdi

0
584

Ukraynada Rusiyaya qarşı mübarizənin simvolu hesab edilən və ötən həftə azadlığa buraxılan pilot Nadejda Savçenko ilk dəfə vəkil olduğu parlamentə daxil olub.

ANS PRESS-in məlumatına görə, ayaq üstə alqışlanan Savçenko hər bir hərəkəti ilə də diqqəti özünə çəkib.

Ali Radanın Baş assambleyanın açılışında kürsüyə çağırılan Savçenko əlində Ukrayna və Krım-Tatar bayrağı ilə çıxış edib.

Artıq Ukraynaya qayıtdığını və millət vəkili olaraq işinə başladığını söyləyən Savçenko Müstəqillik meydanında və ölkənin şərqində ölənləri unutdurmayacağını bildirib.

O, çıxışında “Biz onlara xəyanət etsək, Ukrayna xalqı bu kürsüdə oturmağımıza icazə verməz. Ukrayna hər şeydən üstündür” cümlələrini səsləndirib.

Çıxışını bitirdikdən sonra Ukrayna himnini oxuyan Savçenko tribunada yazılan “Nadejda Savçenkoya azadlıq” plakatını çıxararaq yerinə Rusiyadakı Ukraynalı siyası məhbuslara həsr edilən “Kreml məhkumlarına azadlıq” yazılmış plakat asıb.

Savçenkonun corabsız ayağını kreslonun üzərinə qaldıraraq oturması da diqqətdən yayınmayıb.

Ukraynalı pilot Nadejda Savçenko 2014-cü ildə qondarma Luqansk Xalq Respublikasında əsir götürülərək Rusiyaya aparılıb. 22 il həbs cəzasına məhkum edilən qadın pilot Ukraynada həbsdə olan rus kəşfiyyatçılar Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla mübadilə əsasında vətəninə qaytarılıb.

Savçenko Rusiyada həbsdə olduğu müddətdə keçmiş baş nazir Yuliya Timoşenkonun “Batkovşina” partiyasından millət vəkili seçilib.

BIR CAVAB BURAXIN