Sanksiya Rusiyanın aliminium nəhəngini batırır

0
626

ABŞ hökumətinin ötən həftə elan etdiyi sanksiyalardan sonra Rusiyanın aliminium nəhəngi “Rusal” sürətlə batır. Bu gün hərraclar başlayan kimi şirkətin səhmləri bütün birjalarda kəskin dəyə itirməyə başlayıb.

Moskva Fond Birjasında hərracların ilk saatlarında “Rusal”ın səhmləri 47 faizə qədər dəyər itirib. Öz növbəsində “Rusal”ın sahibi səhmlərinin 48 faizinin, milyarder Oleq Deripaskanın “EN+Group” korporasiyasının səhmləri 23 faizə yaxın dəyərdən düşüb.

Moskva Fond Birjasında eyni zamanda Rusiyanın digər sənaye nəhənglərinin də səhmləri ucuzlaşmağa başlayıb. Habelə birja indeksi 3 faizdən çox aşağı düşüb. “Nornikel”in səhmləri 7.5 faiz, “Qazprom neft”in səhmləri 4.6 faiz, “Sberbank”ın faizi 4.3 faiz, “Qazprom”un özünün səhmləri 4.2 faiz dəyər itirib.

Xatırladaq ki, ABŞ ötən həftə bir qrup rusiyalı oliqarxa və dövlət məmurlarına, habelə hüquqi şəxslərə qarşı sərt sanksiyalar tətbiq edib. Bu sanksiyaların təsiri altına düşənlərin ABŞ-dakı aktivləri dondurulacaq, mülklərinə həbs qoyulacaq. ABŞ vətəndaşlarına isə sanksiyaların təsiri altına düşənlərlə hər hansı əməkdaşlıq qurmaq qadağandır. Eləcə də bu fiziki və hüquqi şəxslərlə işgüzar əlaqələr yaradan xarici ölkə vətəndaşları, hüquqi şəxsləri və hökumətləri ABŞ-ın sanksiyalarına məruz qalacaq. Sanskiya tətbiq edilənlərin siyahısında “Rusal” şirkəti və Oleq Deripaskanın özü də yer alır.

Xəbərlərə görə Honkonq fond birjasında “Rusal”ın səhmləri birdən birə 50 faizə qədər dəyər itirib. Hazırda şirkətin bazar dəyəri cəmi 4.47 milyard dollardır. Bu, “Rusal”ın 4.5 milyard dollar dəyər itirməsi deməkdir. Gözlənilir ki, Asiya birjalarının ardınca Avropa və ABŞ birjalarında da “Rusal”ın səhmləri kəskin ucuzlaşacaq.

Səhmlərin kəskin dəyər itirməsindən əvvəl “Rusal” bəyanatla çıxış edərək bildirib ki, ABŞ-ın sanksiyaları onlara neqativ təsir edəcək. “Şirkətin qiymətləndirmələrinə görə OFAC (ABŞ-dakı xarici aktivlər üzərində nəzarət Ofisi) tərəfindən tətbiq edilmiş sanksiyalar qrupun müəyyən kredit öhdəlikləri üzrə texniki defolta gətirib çıxara bilər”-şirkət bildirib.

“Rusal”ın bu bəyanatı Honkonq Fond Birjasında yayılıb və dərhal şirkətin səhmlərinin kəskin dəyər itirməsi prosesi başlayıb. Moskva Fond Birjası “Rusal”ın səhmlərinin kəskin ucuzlaşmasına görə xüsusi hərrac rejiminə keçib. Məqsəd səhmlərin ucuzlaşmasını dayandırmaqdır.

Son məlumatlara görə VTB-Bankın səhmləri də Moskva Fond Birjasında bir neçə saat ərzində 10 faiz dəyər itirib. Bankın rəhbəri Andrey Kostin ABŞ-ın sanksiya siyahısındadır.

Virtualaz.org

BIR CAVAB BURAXIN