Şamaxıda ötən həftə yağan leysanın fəsadları hələ sovuşmayıb.Arazinfo “ARB Şəki”-yə istinadən xəbər verir ki, 3 kəndin ərazisindən keçən Ağsu çayının daşması nəticəsində həmin kəndlərə gedən yollar keçilməz hala düşüb.
Şamaxının Keçmədil kəndinə aparan yolu sel tamamilə yuyub apardığından əhali atla çayı keçərək kəndə doğru yol alır. Kəndə girmək üçünsə sakinlər nərdivandan istifadə edir. Ən böyük ziyan isə kənd sakini Bilal Əmrahovun evinə dəyib. Kəndin girəcəyində yerləşdiyindən sel onun həyətini tamamilə yuyub aparıb.
◀▶