Şamaxıda sürüşmə başladı

0
551

“Şamaxıda sürüşmə başladı -  Fotolar

Şamaxıya yağan intensiv yağışlar nəticəsində rayonun bir çox yaşayış məntəqəsində ciddi fəsadlar yaranıb.

Qafqazinfo” xəbər verir ki, rayon fövqəladə hallar komissiyasından Azərtac-a bildirilib ki, şəhərin H.Ciddi küçəsində və “48 a” məhəlləsində torpaq sürüşməsi baş verib. Yeni tikilən Şamaxı-Çuxuryurd-Qızmeydan avtomobil yolunun 4 və 5-ci kilometrliyində dörd yerdə baş verən torpaq sürüşməsi nəticəsində asfalt qatında iri çatlar yaranıb. Rayonun Sis kəndinə gedən avtomobil yolunda da dağıntılar olub.

Bundan əlavə, Mədrəsə qəsəbəsində sakinlərə məxsus 20 hektar əkin torpağı, kəndin həmin ərazi ilə sərhədində yerləşən həyətyanı torpaq sahələri və evlər də sürüşməyə məruz qalıb.

Qeyd edək ki, bu il oktyabrın 20-də Cabanı kəndinin mərkəzində 80 metr uzunluğunda 30 metr enində, 2 metr dərinliyində torpaq sürüşməsi baş vermişdi. Hazırda sürüşmə ərazisinin artması və ətrafda yerləşən evlərdə çatların əmələ gəlməsi müşahidə edilir.

Torpaq sürüşməsinin yaratdığı ciddi fəsadlarla bağlı rayona Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri dəvət edilib.

 

Şamaxıda sürüşmə başladı -  Fotolar
Şamaxıda sürüşmə başladı -  Fotolar

BIR CAVAB BURAXIN