Şamaxıda sürücü görün nə oyundan çıxdı – Video

0
455


 

Avtomobilin içini yüklə doldurub, sərnişini arxa buferə mindirib. Çılğın və təhlükəli hərəkətin videosu Şamaxıda qeydə alınıb. Kadrlarda bir sərnişin “Niva2 markalı minik maşınının arxa buferində yol gedir. Bəs belə sürücünü hansı cəza gözləyir?

Təhlükə o qədər böyükdür ki, buferin üzərində dayanıb əli ilə avtomobildən yapışmış şəxs hər an yıxıla bilər. Sürücü isə heç nə olmamış kimi yoluna davam edir. Görüntülər Şamaxı rayonundandır. Arxadan gələn başqa bir avtomobildən çəkilən kadrlarda 06 BD 731 nömrə nişanlı “Niva” sürücüsünün kobud qayda pozuntusu görünür.

Sərnişinin öz həyatını təhlükəyə atıb neçə kilometr bu şəkildə getdiyi məlum deyil. Məlum olan odur ki, sürücünün yüngül əyləci sıxması, yaxud da başqa bir ani ehtiyatsızlığı onun yıxılması və arxadan gələn avtomobilin altına düşməsi ilə nəticələnə bilər.

Məsələ ilə bağlı Xəzər Xəbər-ə açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin nətbuat xidmətinin rəhbəri Kamran Əliyevlə bildirib ki, bu vəziyyətdə həmin sürücü sərnişindaşıma qaydalarını pozub. Ona görə də yol polisi tərəfindən 60 manat və 3 cərimə balı ilə cəzalandırıla bilər. Bununla yanaşı, “Niva”nın sürücüsü yükü elə yığmalıdır ki, arxanı görə bilsin.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fifteen + 18 =