Şamaxıda 1918-ci ilin isimsiz qəhrəmanları yad edildi

0
387

15 sentyabr 2018-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-bolşevik dəstələrindən və daşnak quldurlarından azad edilməsinin  100 illiyi münasibətiylə geniş tədbir keçirildi

İctimai və siyasi fəallar, alimlər, yeniyetmə və gənclərin iştirak etdiyi tədbirə  giriş sözü ilə BAO başqanının ideoloji məsələlər  üzrə müavini, tarixçi alim Dilavər Əzimli başladı.

D.Əzimli Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının tarixi haqqında qısa məlumat verərərək bu hadisənin əhəmiyyətindən danışdı. Daha sonra Seyyid İsa Ələkbər, Aydın Mədətoğlu, Faiq Ələkbərli,  politoloq Umuxanım Hüseynzadə, Sabir Tağıyev, Nəcəfalı Cahangirli, Sara Selcan, Elşən Əlisoy, Bəxtiyar Tuncay və b. çıxış edərək mövzu ətrafında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər.  Çıxışlara BAO başqanı Zahir Əlisoyun nitqi ilə yekun vuruldu.Tədbirdə Qardaş Türkiyə Cümhuriyyətinin himni – İstiqlal marşı da səsləndirildi.

 

BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini – Faiq Ələkbərli faktor.az-a  Qafqaz İslam Ordusunun Bakını azad etməsi haqqında danışdı.

-Faiq müəllim,  Qafqaz İslam Ordusu Bakını nə vaxt azad etdi və həmin dövrdə Azərbaycanda vəziyyət necə idi?

-Bildiyimiz kimi Azərbaycan Xalq Cümhuriyyəti  mayın sonlarında elan olundu. Belə bir dövrdə Azərbaycan Cümhuriyyətinin nə bir polisi, nə bir əsgəri vardı. Vəziyyət olduqca çətin idi. Ermənilərin və Gürcülərin  müəyyən ordu hissələri vardı. Çünki onlar vaxtı ilə Çar Rusiyasının ordusunda hərbi  xidmət keçmişdi. Ancaq Azərbaycan türkləri bu hərbi xidmətdən məhrum olduğu üçün yalnız könüllü şəkildə bəzi zabitlərimiz Çar Rusiyasının ordusunda xidmət etmişdilər. Azərbaycan Cümhuriyyətinin öz varlığını qoruması, sərhədlərini müəyyənləşdirməsi və qorumasıda problemlər yaşayırdı. Bu baxımdan Azərbaycan hökumətinin yeganə üz tutacağı ölkə Osmanlı hökuməti idi. Osmalı dövləti də həmin dövrdə bildiyimiz kimi zor  zamanlarını yaşayırdı. Demək olar ki, 1-ci dünya müharibəsində məğlub bir durumdaydı. Azərbaycan hökuməti başçısı Nəsib bəy Yusifbəyli  adından Nağı Şeyxzamanlı Türkiyəyə göndərildi. O, ilk öncə hərbi nazir olan Ənvər Paşa ilə danışıqlar apardı. Baş nazir Tələt Paşanın da razılığı ilə Nuru Paşanın Azərbaycana göndərilməsi haqqında qərar qəbu edildi. Qeyd edim ki, Nuru Paşadan əvvəl bir neçə minlik kiçik alayı ilə Mürsəl Paşa da Azərbaycana gəlmişdi. Lakin bu kiçik alayla heç bir şey etmək mümkün olmadığı üçün Nuru Paşanın bura gəlməsi vacib hesab olundu. Nuru Paşa Güney Azərbaycana-Təbrizə, oradan  Zəngəzura daha sonra isə Gəncəyə gəlir.

Nuru Paşanın Gəncəyə gəlməsindən sonra  əlavə qüvvələrində qoşulması nəticəsində böyük bir ordu yaradıldı. Bu ordu yaranmaqda olan gələcək Azərbaycan  ordusunun da təməli oldu. O dövrdə  Gəncə də beş-alti minlik hərbi qüvvə vardı. Buna görə də Nuru Paşanın başçılıq etdiyi ordu Qafqaz İslam Ordusu adlandırıldı. Düzü mən bunu o qədər də uğurlu hesab eləməsəmdə hər halda dövrün şərtlərinə görə, türk müsəlman birliyinə görə Qafqaz İslam Ordusu  adlandırıldı. Sentyabrın 14-də əlavə qüvvələrində cəlb edildiyi ordu Bakıya tərəf  hücuma keçdi. Xəlil Paşa öz xatirələrində qeyd edir ki, “Biz bilirdik ki, Nuru Paşanın başçılıq etdiyi ordunun Bakını azad etməyə gücü yetməyəcək. Buna görədə əlavə qüvvələrin göndərilməsi qərarına gəldik.” Bu qüvvələrin Ermənistan ərazisindən gondərilməsi mümkün deyildi, Gürcüstanla Osmanlının əlaqələri yaxşı deyildi. Buna görə də bir neçə mövqelərinin Gürcüstana güzəştə gedilməsi şərtiylə həmin qüvvələr Azərbaycana, Bakının yaxınlığına  gətirildi.  Sentyabrın 14-dən 15-ə keçən gecə əlavə qüvvələrində qoşulduğu Qafqaz İslam Ordusu hücuma keçdi. Bir şeyi də qeyd edim ki, Bakının azad edilməsində Nuru Paşa ilə çiyin-çiyinə Səmədağa Mehmandarov, Əliağa Şıxlıniski, Həbib bəy Səlimovda döyüşürdülər. Məmmədəmin Rəsulzadənin təbirincə desək bu ordu Osmanlı və Azərbaycan türklərindən ibarət turan ordusunun toxumudur. Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını erməni, rus-bolşeviklərdən azad etdi

 

Nuru Paşa Bakını azad etdikdən sonra Bakıda vəziyyət necə dəyişdi?

 –Nuru Paşa ilk öncə bakıda bir əmin-amanlıq yaratmalıydı. Vəziyyət o dövürdə xüsusilə ağır idi. Nuru Paşa vəziyyəti sabitləşdirmək üçün bir sıra tədbirlər gördü. Bir tərəfdəndə geosiyası vəziyyət vardı. Burada müəyyən mənada türk ağalığından, Osmanlı ağalığından bəhs olunurdu.

Vaxtı ilə də belə bir problem yaranmışdı Gəncədə. Gəncə böhranı M.Rəsulzadənin uzaqgörənliyi sayəsində həll olundu. Bakı azad olunsada Osmanlıdan gələn qüvvələrin təsiri altındaydı.İstanbuldan  Bakıya qayıdan Rəsulzadə ikinci hökumətin başçısı Fətəli xan Xoyiski ilə Nuru Paşa arasında müəyyən anlaşamaların əldə olunmasında mühüm rol oynadı. Osmanlı İkinci Dünya Müharibəsində məğlub durumdaydı və oktyabrın sonlarında mudros ( mondros) müqaviləsini imzalamağa məcbur oldu. Bundan sonra Nuru Paşa özünü Azərbaycan komandanı, Azərbaycan Cümhuriyyətinin ordusunun komandanı kimi təqdim etməyə başladı. Bunu da ingilislər və digər kənar qüvvələr qəbul etmək istəmirdilər. Hətda ingilis hökuməti Osmalı sultanı  Vəhtəddinə Nuru Paşanın ordudan uzaqlaşdırlması üçün nota da göndərmişdi. Sultan Vəhdəddin Nuru Paşanın bu “ özbaşnalığına” görə ordudan uzaqlaşdırdı.

O zaman Azərbaycanın İstanbulkdakı fövqaladə komisiyasının səlahiyyətli nümayyəndəsi, həmdə parlamentin başçısı Əlimərdan bəy Topçubaşov sultanın bu əmrinə etiraz etmişdi. Topçubaşov bildiridi ki, “siz onun haqqında nə qərar qəbuledirsinizsə edin,  O Azərbaycanlılar, Azərbaycan türkləri üçün milli qəhramandır. Biz heç bir şərt altında onu heç kimə güzəştə getməyəcəyik.O ömru boyu Azərbaycanda yaşayacaq”

Lakin artan təziqlərə görə Nuru Paşa İstanbula getməli olur və burada həbs olunaraq Gürcüstana-Batumiyə Böyük Biritaniyanın nəzarətində olan həbsxanaya göndərilir.Sonradan Azərbaycan Hökumətindən dəstəyi ilə həbsxanadan qaçırıldı.

Türkiyə məğlub olduqdan sonra yeni siyasi vəziyyt yarandı. M. Rəsulzadə bu vəziyyəti dərk edərək Milli Şuranı bərpa etdi. İki önəmli qərar qənul olundu:

1-Azərbaycan bayrağının təcili dəyişdirilməsi( üç rəngli bayraqla əvəz olunması)

2- Parlamentin yaradılması.

Azərbaycanın gələcəyini bu iki mühüm məsələ müəyyən etdi. General Tomsonun başşılıq etdiyi Böyük Biritaniya Azərbaycanı hökumətini qəbul etmək istəmirdi. Rəsulzadə bi iki qərarla  göstərdiki AXC demokratik, müstəqil bir ölkədir və Osmanlının təsiri altında deyilik.

Bakın azad olunması böyük tarixi hadisə idi. Sizcə Nuru Paşa Azərbaycana gəlmə vəziyyət necə ola bilərdi?

– Bu və ya buan oxşar sualları tez tez soruşurlar. Mənə elə gəlir məsələnin qoyuluşu bir qədər düzgün deyil. Nəyə görə? Düzdü biz az öncə qetd etdik Azərbaycan hökumətinin yeganə arxanalacağı dövlət Osmalı dövləti idi. Ancaq mən hesab edirəm ki,  Osmalı dövləti və Nuru Paşa olmasaydı azərbaycan türkləri başaq yerlərdən də gələcəkdi. İstər Anadoludan, istərsədə Təbrizdən. Heç şübhə etmirəm ki, istənilən halda başqa Nuru Paşalar olacaqdı. Düzdü daha çox itgilər verəcəkdik, çətinliklər olacaqdı. Biz Ənvər Paşanı, Tələt Paşanı, anadoludan, Kərkükdən gələn  hərbçiləri rəhmətlə anırıq. Azərbaycan kökü bir, dili bir, dini bir qardaşından yardım aldı.

Faiq bəy,  siz çox marqlı bir yunansa toxundunuz. Nuru Paşanın Azərbaycan hökuməti tərəfindən qaçırılmasını qeyd etdiniz. Bu barədə oxuculara məlumat verərdiniz.

_ Bəli, Nuru Paşa Batumda həbsdə olduğu müddətdə gizli şəkildə məktub alır ki, “Siz Azərbaycanın şərəfli bir komutanı, milli qəhramanısız.Biz səni heç cürə orada saxlamayacayıq”

Azərbaycan Hökuməti bundan ötrü pul ayırdı. Müəyyən qüvvələrlə anlaşma əldə olundu, Nuru Paşa gizli  həbsdən qaçırıldı və Azərbaycana gətirildi.

Nuru paşa 1920-ci ilin iyununda Bərdədə, Ağdam və o ətarfdakı milli ordunun dəstələri ilə yeni bir alay qurdu.Bir müddət erməni və ruslara qarşı müqavimət göstərdi. Sonradan 11-ci qızıl ordu tərəfindən AxC tamamilə ilhaq edildi. Nuru Paşa ətrafında qalan qırx-əlli nəfərlə  Güney Azərbayacana oradan isə Ərzuruma getdi və burada silah sanayesi ilə məşqul  olmağa başladı. Bildiyimiz kimi, Türkiyədəki ən böyük silah sənayesini ortaya qoyan məhz Nuru Paşa oldu.

Nuru Paşa 1949-cu il martın 2-sində sialh anbarında olan partlayış nəticəsində həlak oldu.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 + six =