Şamaxı və Quba ağ örtüyə bürünüb

0
593

Bu gecədən başlayaraq respublikamızın ərazisində havalar kəskin şəkildə soyumağa başlayıb.

Mediainfo.az-a Qubadan və Şamaxıdan verilən xəbərə görə, bu gecədən başlayaraq hər iki rayona güclü qar yağır. Qubanın Xınalıq, Susay kəndlərinə yağan qarın hündürlüyü 35-40 sm-ə çatıb. Oxşar hadisə Şamaxıda da müşahidə olunmaqdadır. Şamaxının əksər kəndlərində qarın hündürlüyü 20-25 sm-dən çoxdur. Ağsu aşırımında da qarlı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə yollar buz bağlayıb.