Salah Afrikada ilin ən güclü futbolçusu elan edildi

0
501

Afrikada 2018-ci ilin ən yaxşı futbolçusunun adı məlum olub.

Mediainfo.az-ın sports.-ru-ya istinadən verdiyi xəbərə görə Misir yığmasının və “Liverpul”un hücumçusu Məhəmməd Salah dalbadal ikinci dəfə qitənin ən güclü futbolçusu elan edilib. Misirli futbolçu ilin ən yaxşı futbolçusu ilə bağlı mübarizədə seneqallı Sadio Mane və qabonlu Pyer- Emerik Obomeyanqı özündən geridə qoyub.