“Şahdağ Turizm Mərkəzi dövlətə, təxminən, 1.4 milyard dollara (indiki məzənnə ilə 2.4 milyard manata) başa gəlib. Hər il də büdcədən Mərkəzə 12-15 milyon manat subsidiya ayrılır”.
Qaynarinfo xəbər verir ki, bu sözlər iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, bu ili də mərkəz ziyanla başa vurur – 13.4 milyon manat ziyan edib:
“Amma ayrılan büdcə vəsaiti hesabına ziyan ödənilib, 1.8 milyon manat da, güya, gəlir əldə edib. Mərkəzin tam özünümaliyyəyə keçməsi mümkün deyil, pul qazana bilmir ki, dövlətin qoyduğu investisiyalar geri dönsün, daha betəri, hər il büdcədən pul almağa davam edir. Hətta gələcəkdə ilə 2 milyon manat xalis gəlir gətirsə belə (artıq olması mümkün deyil), həmin mərkəz 1200 il İşləməlidir ki, mayasını çıxartsın”.