“Qarabağ” təcrübəli komandadır. Bizim üçün çox çətin qarşılaşma olacaq.
Bu sözləri yerli mətbuata açıqlamasında “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Vorskla”nın baş məşqçisi Vasili Saçko deyib.
O deyib: “Qrupda sürpriz komandayıq. Qalib gəlməyə çalışacağıq. Bu qrupda favorit biz deyilik. Liderlər “Arsenal” və “Sportinq”dir”.
Qeyd edək ki, “Qarabağ”ın “Vorskla” oyunu oktyabrın 25-də, cavab oyunu isə noyabrın 8-də keçiriləcək.(axar.az)