Sabiq baş nazir prezidentliyə namizəd göstərildi

0
397

Ermənistan prezidenti Serj Sarkisyan hakim partiyanın prezidentliyə namizədinin adını açıqlayıb. 

Azadinform aysor.am-a istinadən xəbər verir ki, Ermənistan Böyük Britaniyadakı səfiri, sabiq baş nazir Armen Sarkisyan Respublikaçı partiyadan prezidentliyə namizəd olacaq.  

Qeyd edək ki, A. Sarkisyan 2013-cü ildən ölkəsinin Britaniyadakı səfiri postundadır. Həmçinin 1996-cı ilin noyabrından 1997-ci ilin fevralınadək baş nazir vəzifəsini icra edib.

Ermənistanın hazırkı prezidentinin səlahiyyət müddəti aprelin 9-da başa çatacaq. Yeni prezident isə parlament tərəfindən 7 il müddətinə seçiləcək. İlkin məlumata görə, bu il martın 2-də Ermənistanda prezident seçkisi keçirilə bilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twenty − 7 =