Sabah hava buludlu, çiskinli və küləkli olacaq

0
609

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, gün ərzində yarımadanın bəzi yerlərində arabir çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 9-12°, gündüz 15-17°, Bakıda gecə 10-12°, gündüz 15-17° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11°, gündüz 15-18°, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.

BIR CAVAB BURAXIN