Sabah Bakıda 12 dərəcə isti olacaq

0
642

Dekabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 9-13, Bakıda gecə 7-9, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə duman qeydə alınacaq. Qərb küləyi  əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 8-13, dağlarda 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 22-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir. lent.az

BIR CAVAB BURAXIN